“Hərdən mən də eşidirəm ki, “Kontakt home”, “İrşad Electronics” və bu kimi mağazalar şəbəkəsində satılan telefon digər mağazalarla müqayisədə bahadır.
Amma səbəblər fərqli ola bilər.
Ola bilsin, burada satılan məhsulların qiymətinə 18% Əlavə Dəyər Vergisi (ƏDV) daxildir. Hansı mağazanın illik dövriyyəsi 200 mindən aşağıdırsa, onlarda ƏDV yoxdur. Buna görə də həmin mağazalarda məhsul nisbətən ucuzdur. Səbəblərdən biri bu ola bilər. Monopliyadırsa, niyə digərlərində ucuzdur, amma “Kontakt home”, “İrşad Electronics” və bu kimi mağazalarda bahadır? Onda monopoliya deyil. Başqa sual yaranır: Bahadırsa, niyə insanlar gedib sözügedən mağazalardan məhsul alırlar? Başqa yerdə eyni malın ucuz olduğunu bilirlərsə, gedib oradan alsınlar...” Bu sözləri açıqlamasında ekspert Əkrəm Həsənov deyib.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
“Bu mağazalarda olan mal digərlərində yoxdursa, belə halda da qiyməti müqayisə etmək olmur. Başqa bir səbəb də mümkündür. Ola bilər, “Kontakt home”, “İrşad Electronics” və bu kimi mağazaların zəmanəti daha etibarlıdır. Bu da vacibdir. Bahalı avadanlıq, elektrotexniki məhsullar alan insan əmin olmaq istəyir ki, onu aldatmırlar. Bəlkə, aldığı istifadə olunmuş maldır? Belə hallara görə sözügedən mağazalara daha çox etibar edə bilərlər. Yəni səbəbləri dərindən araşdırmaq lazımdır”, - ekspert deyib.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video