Şəmkirdə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Belə ki, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı bir qrup gəncin dövlət qeydiyyat nişanı olmadan, eləcə də qanunla qadağan edilməsinə baxmayaraq, avtomobili konstruksiya dəyişikliyi etməklə idarə etdiyi və digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.
Həmin sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıblar, onlarla yol verdikləri qayda pozuntusu ilə bağlı izahedici söhbətlər aparılıb və barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
Həmçinin keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü də aşkarlanıb. Belə ki, DYPB-nin əməkdaşları rayon ərazisində hərəkətdə olan "Mersedes" markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün “Saxla” işarəsi veriblər.
Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Bayram Allahverdiyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, sürücünün narkotik vasitə istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video