Suriyanın paytaxtı Dəməşqin naməlum təyyarə ilə raket atəşinə tutulması nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşununun komandanı briqada generalı İsmayıl Qaani yaralanıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə “Euphrates Eye” məlumat yayıb.
Bildirilib ki, Dəməşqdən 20 km qərbdə yerləşən Yafur rayonunda Bəşər Əsəd rejiminin kəşfiyyat zabitləri ilə İran zabitlərinin yığıncağı keçirilən ərazi raket atəşinə məruz qalıb. Raket zərbəsi nəticəsində ölənlər və yaralananların da olduğu qeyd edilib. Məlumata görə, İsmayıl Qaani aprelin 9-da Dəməşqə gedib. O, Suriya paytaxtında olduğu müddətdə şəhər raket atəşin məruz qalıb.
Qeyd edək ki, Qüds qoşununun keçmiş komandanı Qasım Süleymani 2020-ci ilin yanvarında Bağdad hava limanında ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
Vurğulanıb ki, Bəşər Əsədin kiçik qardaşı general Mahir Əsədin başçılıq etdiyi 4-cü diviziyanın bir sıra obyektləri Yafurda yerləşir. Dağlıq ərazidə yerləşən bu rayon ətrafında “Əsədin kəndi”nin də yerləşdiyi bildirilib.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video