Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Baş nazir Əli Əsədov iclası keçirdi - FOTO

Siyasət
Baş nazir Əli Əsədov iclası keçirdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri, Baş nazir Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.


Nazirlər Kabinetindən Buta.ws-ə verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 fevral tarixli Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq nəqliyyat sahəsində fəaliyyət göstərən dörd dövlət şirkətinin - Azərbaycan Hava Yolları QSC, Azərbaycan Dəmir Yolları QSC, Bakı Metropoliteni QSC və BakuBus MMC-nin AİH-in idarəçiliyinə verilməsinə dair məsələ şirkətlərin rəhbərlərinin iştirakı ilə müzakirə olunub.


Eyni zamanda, iclasda Azərbaycan Respublikası Prezidentinin AİH ilə bağlı imzaladığı Fərman və Sərəncamlardan irəli gələn tapşırıqlar - portfel şirkətlərdə korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyəti, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlərə dair fikir mübadiləsi aparılıb. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qarşıya qoyulub.


Dörd portfel şirkətinin Müşahidə Şuralarının tərkibinin formalaşdırılmasına dair təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul olunub.


Şuranın iclasında AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov portfel şirkətlər ilə bağlı qərarların qəbul olunmasına dair səlahiyyət bölgüsü barədə təqdimatla çıxış edib, məsələ ətrafında müzakirələr aparılıb.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla