44 günlük müharibədə ölən hərbçilərin valideynləri, “Birgə” hərəkatının üzvləri və Baş nazir Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar aprelin 11-də saat 18:00-da növbəti etiraz aksiyası keçirəcəklər.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Demokratik Partiyasının lideri Aram Sərkisyan deyib.
“Biz Qarabağa getməyə də borcluyuq. Cümə axşamı saat 11:00-da Qaregin Njdenin abidəsinin yanından Xankəndiyə gedəcəyik. Öz maşını ilə gələ bilən hər kəsi bizə qoşulmağa dəvət edirik. Əgər indiki hakimiyyət xalqımızı qoruya bilmirsə, biz bunu özümüz edəcəyik. O (Paşinyan – red.) deyir ki, aprelin 1-dən alternativ yol açıqdır. Gedək görək belədirmi?”, - Sərkisyan bildirib.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video