İranın müxalifət mediası 2022-ci ilin noyabrında Tanzaniya hakimiyyəti tərəfindən İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın xəbəri əsasında həbs edilən və “Həmid Salari” kimi tanınan iranlı kəşfiyyat zabiti Həmidrza Məhəmməd Əbrahanın dindirilməsinin videosunu yayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Haqqın.az” yazıb.
“Əbraha ifadə verib ki, onun vəzifəsi yerli və xarici vətəndaşları casusluğa cəlb etmək və İsrail, Amerika, Səudiyyə və Azərbaycan hədəflərinə qarşı Tanzaniyada və ümumilikdə Afrikada sui-qəsd cəhdləri təşkil etməkdir.
Həbs olunmazdan əvvəl Əbraha 15 il İran kəşfiyyatında xidmət edib, xüsusən Əfqanıstan və Pakistanda çalışıb. 2019-cu ildə o, bundan əvvəl uzunmüddətli təlim keçərək Tanzaniyaya transfer olunub. Tanzaniyada neft və neft məhsulları satıcısı adı altında işləyib”, - məlumatda deyilir.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
Əbraha dindirmə zamanı İranın kəşfiyyat nazirliyinin (ETTELAAT) strukturu və sxemləri haqqında ətraflı məlumat verib, həmçinin cəlb etdiyi agentləri satıb. Bundan sonra o, Tanzaniyadan vətəninə ekstradisiya edilib.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video