Paşinyan hiss edib ki, onun müxtəlif avantürist təkliflərini dəstəkləməyə hazır olan beynəlxalq qüvvələr peyda olub.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov bölüşüb.
“Beynəlxalq qüvvələr öz oyunlarını oynayırlar. Onları Ermənistan maraqlandırmır, ancaq Rusiya ilə qlobal qarşıdurmada və Cənubi Qafqazda beynəlxalq münaqişənin yeni nöqtəsində maraqlıdırlar. Əgər burada Ukrayna ilə paralel olaraq yeni müharibə başlasa, AB və ABŞ çox razı qalacaq. Bu motivlərdən Ermənistanı Azərbaycana qarşı aqressiv hərəkətlərə, bəyanatlara sövq edəcəklər. Paşinyan buna inanır və düşünür ki, Qərb indi onu fəal şəkildə dəstəkləyəcək”, - politoloq bildirib.
Solonnikov qeyd edib ki, Paşinyan daim Qərbi regiona çəkməyə çalışır:
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
“Bu, onun vəzifəsidir, Vaşinqton və Brüsseldən olan müvafiq kuratorlar tərəfindən qoyulmuş vəzifədir. Vəzifə ABŞ, Fransa, bütövlükdə AB-ni mümkün qədər bölgəyə sürükləməkdir. Qərbin missiyası Qarabağda yerləşdirilsə, bu, onun və Qərb qüvvələrinin qələbəsi olacaq.
Amma Azərbaycan diplomatiya yolu ilə hərəkət edəcək. Qarabağın qalan hissəsinin qaytarılması tədricən, səbirlə həyata keçiriləcək. Laçın yolu ilə Qarabağda yerləşən erməni silahlılarının təchizatı artıq kəsilir. Digər tədarük marşrutları da tədricən bağlanacaq. Bakı Qarabağın erməni icması ilə başladığı dialoqu davam etdirəcək. Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin başa çatmasına 2,5 il qalıb. Bundan sonra missiya Qarabağı təhlükəsiz tərk edə bilər. Və heç nə Azərbaycanın öz ərazilərini birdəfəlik geri qaytarmasına mane olmayacaq”.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video