Daha üç avtomobil aksiya ərazisindən keçdi

23:48 - 29 Mart 2023 - GÜNDƏM

 Daha üç avtomobil aksiya ərazisindən keçdi

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.

BUTA.TV xəbər verir ki, Laçından Xankəndi istiqamətinə hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol