Martın 28-də İrana bağlı terror qrupları bir neçə ölkədə İsrail vətəndaşları və başqa şəxslərə qarşı terror törətməyə çalışıblar.
BUTA.TV xəbər verir ki, Azərbaycan Respublikasında millət vəkili Fazil Mustafaya qarşı törədilən terrorla eyni vaxtda Yunanıstanın paytaxtı Atenada da İsrail vətəndaşlarına məxsus restoranda terror törətməyi planlaşdıran iki şəxs həbs edilib.
İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar Təşkilatı (MOSSAD) saxlanılan şəxslərin İrandan idarə olunan geniş terror şəbəkəsinin üzvü olduqlarını elan edib. Məsələ ilə bağlı Yunanıstan polisi açıqlama verib və bildirib ki, iki terrorçunun saxlanılması ilə xaricdən yönləndirilən böyük terror şəbəkəsinin təxribatçı planlarının qarşısını alıb. Atena xbəragentliyi Yunanıstan polis rəsmilərinə istinadən həbs edilən 27 və 29 yaşlı terrorçuların pakistan vətəndaşları olduqlarını və İrandan göstəriş aldıqlarını yazıb.
Mossad anti-terror əməliyyatında əməkdaşlarının rolunu açıqlayıb və bildirib ki, planlaşdırılan terror aktı İran daxilindən yönəldilmiş geniş şəbəkənin bir hissəsi idi.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
İsrailin xarici işlər naziri Eli Kohen və müdafiə naziri Yuaf Qalant terror aktının qarşısını vaxtında aldığı üçün Yunanistan hökumətinə təşəkkür ediblər.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video