Fazil Mustafa güllələnməsindən danışdı

08:50 - 29 Mart 2023 - KRİMİNAL

 Fazil Mustafa güllələnməsindən danışdı

Ötən gün evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlama verib.

BUTA.TV xəbər verir ki, o bu barədə "Haqqın.az" saytının rəhbəri Eynulla Fətullayevə danışıb.

F. Mustafa jurnalistə açıqlamasında bunları deyib. "Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım". Millət vəkilinin sözlərinə görə, sonra qapını bağlayaraq Təcili yardım və hüquq mühafizə orqanlarına məlumat veriblər: "Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram".

Danışıq zamanı F. Mustafanın həyat yoldaşı və oğlu da yanında imiş. Həyat yoldaşı əlavə edib ki, atışma qorxulu olub. Fazil Mustafa isə möcüzə baş verdiyini əlavə edir: “Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.

Bu xəbər hal-hazırda çox oxunur
İki rəfiqə meşə göbələyi yedi, biri öldü

Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə ilk olaraq Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol