Bakı-Qazax avtomagistralının 354-cü kilometrliyində "Hyunday Santa Fe" və "VAZ 2106" markalı avtomobil toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov BUTA.TV-a bildirib ki, nəticədə "VAZ 2106" avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Telman Hüseynov aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video