Brüssel və Vaşinqton platformaları arasında heç bir fərq yoxdur. Çünki nəticə olaraq hər ikisində Qarabağın öz müqəddəratını təyin etmə hüququndan imtina yer alır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.
“Ermənistan hakimiyyəti Qərbin geosiyasi oyununun bir hissəsinə çevrilib, onun mahiyyəti Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Və Azərbaycanla Brüssel və ya Vaşinqton platformasında danışıqlar bu oyunun əsas tərkib hissəsidir. Rusiyadan fərqli olaraq, Qərbin iki formada hərəkət etmək imkanı var. Əgər Brüssel formatı indi müəyyən durğunluq yaşayırsa, onun əvəzinə Vaşinqton formatı işə salınır. Hər iki halda məqsəd eynidir: Qərbin himayəsi altında Cənubi Qafqazda danışıqların intensivləşdirilməsi, sonradan Rusiyanın regionda təsirinin azalması. Bu geosiyasi yarmarkada Ermənistan hakimiyyəti “müştəri” rolundadır oynayır və Paşinyan bu rolu məmnuniyyətlə oynayır. Qərb Paşinyanın “Qarabağ xalqının” öz müqəddəratını təyinetmə hüququndan imtina etməyə hazır olduğunu yaxşı bilir. Paşinyan bu məsələni gələcəyə buraxmağa belə hazır deyil. O, Rusiyanın Qarabağın status məsələsini təxirə salınması təklifini də rədd edib. Baş nazir müxtəlif qütblərlə işləməyə başlayaraq, geosiyasi avantüraya atılıb”, - o bildirib.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video