Ölkədən qaçan erməni nazirin qiyabi həbsi qüvvədə qaldı

14:34 - 27 Mart 2023 - GÜNDƏM

 Ölkədən qaçan erməni nazirin qiyabi həbsi qüvvədə qaldı

İrəvan Cinayət Məhkəməsi hazırda ABŞ-da yaşayan və axtarışa verilmiş keçmiş müdafiə naziri Vigen Sərkisyanın qiyabi həbsi ilə bağlı aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin məhkəmə strukturlarının Teleqram kanalında məlumat yayılıb.

Qeyd olunur ki, məhkəmə keçmiş nazirin müdafiə tərəfinin daha əvvəl verdiyi şikayəti təmin etməyib.

Xatırladaq ki, Ermənistanın Baş Prokurorluğu bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyana qarşı ittiham irəli sürüldüyünü, həbs olunması ilə bağlı vəsatətin məhkəməyə təqdim edildiyini bildirmişdi.

Keçmiş nazir 2016-2018-ci illərdə vəzifədə olarkən erməni hərbçilərə mənzillərin bölüşdürülməsində sui-istifadələrə yol verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol