Netanyahunun vəkili onu müdafiə etməyəcək – Şok

12:32 - 27 Mart 2023 - GÜNDƏM

 Netanyahunun vəkili onu müdafiə etməyəcək – Şok

İsrailin Baş naziri Netanyahunun vəkili Boaz Ben-Tsur müvəkkilini məhkəmə islahatlarını dayandırmayana qədər “Case 4000” məhkəmə işində təmsil etməyəcəyini bildirib.

BUTA.TV xəbər verir ki, bu barədə “Tayms İsrail” məlumat yayıb.

“Baş nazir Netanyahunun hüquqi müdafiə komandasının əsas üzvü olan vəkil Boaz Ben-Tsur ona məhkəmə islahatlarını dayandırmayınca “Case 4000” işində müdafiə etməyəcəyini söyləyib”, - məlumatda deyilir.

Qeyd edək ki, Netanyahuya qarşı “Case 4000” adı altında boyuk ittiham irəli sürülüb. Belə ki, o, ölkənin ən böyük telekommunikasiya qrupu “Bezek”in maraqları üçün lobbiçilik edib və qarşılığında məşhur internet xəbər qaynağı olan "Walla"dan müsbət rəy alıb.

Artıq 12 həfətdir ki, İsraildə və ondan kənarda Netanyahu hökumətinin həyata keçirdiyi məhkəmə islahatına qarşı etiraz aksiyaları keçirilir. Etirazçılar bildirirlər ki, təklif olunan qanun layihəsi Ali Məhkəmənin əsas qanunların qəbulu prosesinə təsirini məhdudlaşdıracaq, parlamentarilərə bu məhkəmənin qərarlarına etiraz etmək imkanı verəcək, hakimlərin təyin edilməsi proseduruna hökumət nəzarət edəcək. İsrailin müdafiə naziri Yoav Qalant da Netanyahunu islahatları dayandırmağa səsləyən şəxslər arasında olub. Onun bu çağırışından sonra Baş nazir ötən gün Qalantı istefaya göndərib.

Bunun ardınca isə İsraildə geniş etirazlar başlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol