Danimarka dedi ki, tapılan obyekt partlayıcı deyil

02:02 - 26 Mart 2023 - GÜNDƏM

 Danimarka dedi ki, tapılan obyekt partlayıcı deyil

Rusiya Danimarkadan cavab alıb ki, “Şimal axını” boru kəmərinin yanında tapılan obyekt partlayıcı deyil.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Rusiya Prezidenti hesab edir ki, artıq rusiyalı mütəxəssislərin “Şimal axını”nda aşkar edilmiş əşyanın ekspertizasında iştirakının mənası yoxdur, çünki Danimarkaya görə, həmin əşya partlayıcı deyil.

“Bizim üçün, açığını desəm, məqsəd kimisə nəyəsə görə mühakimə etmək deyil, təhlükəsizliyi təmin etmək idi ki, başqa partlayışlar olmasın”, - Putin əlavə edib.

Qeyd edək ki, “Şimal axını” boru kəmərində əvvəlki terror aktının baş verdiyi yerdən 30 kilometr aralıda naməlum obyekt tapılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol