Rusiyalı jurnalist İrina Tumakova Xankəndi səfəri ilə bağlı “Novaya qazeta”da irihəcmli reportaj dərc edib.
BUTA.TV xəbər verir ki, olduqca mühüm məlumatların olduğu materialda ilk diqqəti cəlb edən məqamlardan biri İrina Tumakovanın Xankəndiyə gəlişi zamanı rus sülhməramlı kontingentinin zabiti ilə olan telefon söhbətidir.
Müəllif bildirir ki, Laçın yolu ilə gələrkən Rusiya sülhməramlı kontingentindən ona zəng gəlib. Andrey Valeryeviç olduğunu bildirən zabit dərhal da soruşub:
- Mənə məlumat verdilər ki, siz Xankəndiyə getmək istəyirsiniz. Niyə?
İ.Tumakova azərbaycanlı ekofəalların təşkilatçılığı ilə həyata keçirilən blokada şəraitində Qarabağdakı insanların necə yaşadığını öyrənmək istədiyini bildirib.
“- Blokada? – Andrey Valeryeviç qəhqəhə çəkdi. – Onlar çox gözəl yaşayır, əvvəlkindən də yaxşı. Blokada bizə, sülhməramlılara aiddir. Qiymətlər sadəcə havada uçur. Məsələn, 10 yumurta – 300 rubladır. Bu, normaldırmı? 300 rubl! Blokada təşkil edənlər ermənilərdir, bizə bu qiymətə yumurta satırlar”, - reportajda bildirilir.
İ.Tumakova etiraf edir ki, Azərbaycanlıların nəzarətində olan hissələrdə yüksək səviyyəli yollar çəkilir, ancaq Xankəndi istiqamətində yol çox dardır. Buna baxmayaraq, “ötən dəfə” gələrkən Laçın yolunun daha acınacaqlı olduğunu xatırladan müəllif yeni yolun keyfiyyətli olmasından bəhs edir – ancaq Laçın şəhərindən yan keçən bu yolu Azərbaycan tərəfinin çəkdiyinə müəllif heç bir işarə etmir.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək