Bakının havasında dəm qazının miqdarı normanı 1.6 dəfə ötüb.
Bu barədə BUTA.TV-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Qeyd edilir ki atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir:
“Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.6, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1.1, Sumqayıt şəhərində 1.2 dəfə normadan yüksək müəyyən edilib.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır”.
- Abşeron rayonunda iftar süfrəsi açıldı - Foto
- 80 min insan Novruzu Qarabağda qeyd edəcək
- Bayram tətilindən sonra dərslərin başlanma tarixi...
- Firdovsi Əliyev özünə yeni müavin təyin etdi
- ABB-eSİM xidməti istifadəyə verildi!
- Bakıda bu mağazanın fəaliyyəti məhdudlaşdırıldı - Video
- Güclü külək əsəcək – Sarı xəbərdarlıq
- Dövlət sirrini yayan xarici vətəndaşa hökm oxundu