2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşün nəticələri dini rəhbər Əli Xameneiyə göndərilib.
Protokol 40 səhifədən ibarətdir. Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genarallar və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir.
“Tam məxfi arxiv” sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb.
BUTA.TV olduqca önəmli bu protokolun dərcinə başlayır:
1-ci hissə
Ali Baş Komandanlıq Aparatına
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə
10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il)
Təsnifat: (hərbi) məxfi, arxiv sənədi
İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun hörmətli komandirlərinin çıxışlarının xülasəsi
General Həsən Həsənzadənin çıxışı:
- Son həftələr ölkədə və paytaxtda baş verən hadisələrin və iğtşiaşların şahidi olduq. İlk günlərdə şərait elə idi ki, elə bu iclasda iştirak edənlər və kəşfiyyat orqanlarının rəsmiləri apardıqları araşdırmalarda yekdilliklə bu iğtişaşların yüksək səviyyədə olduğunu bildirdi və qüvvələrin küçələrə nəzarətini saxlamağa çalışırdı. İlk günlərdə Ali Milli Təhlükəsizlik Şurası və digər kəşfiyyat qurumları öz hesabatlarında bu tip iğtişaşların uzun müddət davam etməyəcəyini söyləyirdi. Burda iştirak edən ağaların çoxu bilir ki, problemlər getdikcə daha da pisləşdi və hər gün iğtişaşlar fərqli forma aldı. Bu cərəyanların öhdəsindən gəlmək asan deyildi, həm çoxlu qüvvə lazımdı, həm də çoxlu maliyyə və enerji tələb olunurdu. Bu maliyyə inqilab əleyhinə proqram tipli xarici basqılara sərf edilsəydi, daha faydali olardi. Bəzi situasiyalarda, küçə aksiyalarında, onlara məxsus olmayan formalarda (qeyri-ənənəvi formada) və fərqli yerlərdə iğtişaşçılar daha bacarıqlı və yaxşı çıxış edə bilmişdilər. Açıq şəkildə deyə bilərik ki, əməliyyatların hamısında yox, bəzilərində uduzduq. Planlı şəkildə həyata keçirilməyən aksiyaların bizim nəzarətimizdən çıxdığını gördük.
Şəxsi fikrimcə, bunun birinci səbəbi əməliyyat yetərsizliyi deyil: əslində səbəb anti-inqilab taktikaları və bizim son bir ildə lazımi səviyyədə məlumatımız olmayan insanlar haqqında praktiki biliklərin olmaması idi. Səbəb küçədən, universitetdən, mədəniyyət məkanlarından insanların narahatlığını bilməməyimiz və gənc nəsillə mədəniyyət mübadiləsi aparmamağımızdır. Mədəni mübadilə və ya mədəniyyətin diktəsi ilə 14-30 yaş arası nəsilə fədakarlıq və şəhid olmaq dəyərlərini aşılaya bilmədik. Qeyd etdiyim bu yaş qruplarında bu nəslin intellektual məkanı yoxdur. Bütün problemlərin qaynağını Qərbin mədəni hücumunda görmək olmaz. Qəbul etmək lazımdır ki, “Bəsic” tərəfindən, radio və televiziyadan, dini qurumlardan verilən bəzi təlimlər bu nəsil tərəfindən qəbul edilmir. Bu isə mədəni-maarif müəssisələrinin günahıdir. Amma bu gün ölkənin tanınmış və yüksək səviyyəli komandirlərinin burada olmasından istifadə edərək bildirmək istəyirəm ki, bizim əsas problemimiz bu gəncləri necə cəlb etməkdir. Necə özümüzə cəlb edək ki, problem davam etməsin.
Mən SEPAH kəşfiyyatından olan cənab Hacı Əfzəlinin iclaslarında olmuşam, bildiyiniz kimi, böhranın həlli ilə bağlı onun fikirlərini dinləmək çox maraqlıdır. O, böhranın qarşısının alınması və ölkənin təhlükəsizliyinin təmin edilməsi mövzularında mühazirələrlə çıxış edirdi. Onun da burada olmasını istərdim. İki-üç il əvvəl öz çıxışlarında izah etmişdi ki, bu nəslin informasiya mübadiləsi və məlumat qəbulunu nəzərə almaq və onları diqqətdə saxlamaq lazımdır. Onların tələbləri düzgün olmasa belə, nəzərə alınmalıdır. Sistemin göstərişləri qanunlara zidd olsa belə, qanunlara dəyişiklik etmək bu gənclərlə üz-üzə gəlməkdən daha yaxşı həll yoludur. Mən ondan soruşdum: “İslam qanunlarında islahatın aparılması sistemin siyasi quruluşunu təhlükəyə atarmı?”
Dedilər ki, cəmiyyətin lideri qanunların yerinə yetirilməsi sərhədlərini müəyyən edir və o, cəmiyyətin istəyi olduğunda məsləhət görsə, struktur dəyişikliyi də edə bilər. O, həmçinin bildirib ki, yaxın 10 il ərzində indiki gənclərin yeddidə bir hissəsi polis, hərbi və təhlükəsizlik qüvvələrinə cəlb olunmalıdır. Əgər onları cəlb edə bilməsək, ölkə öz güc və təhlükəsizliyini itiriləcək. Cəlb etsək də biz ölkənin hərbi və intizami qüvvələri ilə qarşı-qarşıya qalacağıq. İstər xidmətdə olan əsgər olsun, istər hərbi və polis heyəti olsun, gələcəyin kadrtlarının bir gözü kücələrdə olacaq. Yəni həmin polis və digər təhlükəsizlik qüvvələrinin gələcək kadrları özləri etirazçılardan ibarət olacaq.
Son sözüm budur ki, bu gənclər öz yaşıdlarını və ailələrini düşünəcək. Onların ailələri küçələrdə olsa, onların da bir gözü küçədə qalacaq. Biz isə onların küçələrə (aksiyaları nəzərdə tutur - red.) baxışlarının qarşısını ala bilməyəcəyik. Belə hallara laqeyd yanaşmaq ən azından paytaxtda ciddi problemlər yarada bilər. Mən özüm hərbi və intizami birləşmələrdə olmuşam və belə halların şahidi olmuşam. Bu barədə rəhbərə və digər səlahiyyətli qurumlara məlumat təqdim etmişəm.
İkinci çıxışsı: Höccətül-islam Mahmud Məhəmmədi Şahrudi:
- Ali rəhbərin ölkədə baş verən iğtişaşları diqqətdə saxlamasını nəzərə alaraq, bəzi məsələləri rəhbərə və iclasda olan SEPAH üzvləri və digər qurum nümayəndələrinə çatdırmaq istəyirəm. Son iki ayda ölkədə baş verən aksiyalarda “Bəsic” qüvvələrinin durumu çox çətindir. Onların səfərbər edilməsində xeyli problemlər var. Bu məsələ çox mürəkkəbləşib. Əminliklə demək olar ki, müxtəlif qurumlarda müxtəlif xidmət dövrlərində heç vaxt belə problemlərlə üzləşməmişəm.
Ruhanilərin müqəddəs paltarlarını tərk etmək, “Bəsic” üzvlərinin müqəddəs paltarlarını tərk etmək məsələsi və dini qüvvələr arasında münaqişələri nəzərə alaraq, hesab edirəm ki, son iki ay SEPAH-ı, dini və ideoloji-siyasi orqanları ciddi şəkildə təəccübləndirib. Son illərdə dini tələbələr arasında heç bir ziddiyyətli məqam görünməmişdi. Amma indi din təhsili alan tələbələrin dərs siniflərindən verilən məlumatlara görə, tələbə və müəllimlər arasında ciddi mübahisələr yaşanır. Mən özüm ruhaniyəm, dərsdə olan mübahisələrin məzmununu bilirəm. Heç bir dərsin mübahisəsiz olmadığını bilirəm, bu, həmişə belə olub, amma indiki mübahisələr dərslərlə bağlı deyil. İndi sistemin, ölkə qanunlarının, polis və təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı davranışlarının şəriət qaydalarına uyğun olmadığının mübahisəsi aparılır. Onlar məhkəmələrin verdiyi qərarlara etiraz edirlər. Onlar polisin davranışından narazıdırlar…
Ardı var…
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək