Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və FİF-in İcraçı direktoru Tural Piriyev Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevlə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə Fondun fəaliyyəti, region klubları üçün həyata keçirilən layihələr barədə məlumat verilib, həmçinin Vergi Məcəlləsinə dəyişiklik təklifi ətraflı müzakirə edilib.
Qeyd edək ki, AFFA-nın yaratdığı FİF qısa müddət içində öz strategiyasına, qarşıya qoyulan məqsədlərə, tədbirlər planına uyğun olaraq önəmli işlər görüb, o cümlədən ianə platforması yaradıb. 2022-ci ildə Gəncə, Tovuz, Lənkəran, Mingəçevir və Zaqatala nümayəndəlikləri fəaliyyətə başlayıb.
7 il öncə təsis olunmuş Fond region klublarına dayanıqlı maliyyə qaynaqları tapmaqda kömək etmək, ən önəmlisi isə toplumun hər bir fərdinə region klublarının inkişafında iştirak imkanı yaratmaq kimi vacib məqsədlərə malikdir. FİF dövlət və beynəlxalq qurumlar, yerli və beynəlxalq şirkətlərlə davamlı əməkdaşlıq edir, maliyyə cəlb olunması üçün mümkün maliyyə qaynaqlarını aşkarlamağa çalışır. Həmçinin yerli əhaliyə, diaspor nümayəndələrinə öz region klublarına dəstək olmaları üçün imkan yaradır.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək