Oqtay Əliyevin dəfni ilə bağlı ailə üzvləri onun Qurd qapısı qəbiristanlığında torpağa tapşırılmasını istəyirlər.
Kult.az xəbər verir ki, bu barədə əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında deyib.
“Amma daha öncə fikrimiz onu Mehdiabad məzarlığında dəfn etmək idi, çünki onun nənəsi həmin yerdə dəfn olunub. Bacım Dilarə dedi ki, Oqtay Əliyev hörmətli adamdır, fəxri titulu var, ona görə də onun Qurd qapısı qəbiristanlığında dəfn olunmasını istəyir. Mədəniyyət Nazirliyindən dəfnlə bağlı cavab gözləyirik", - Vüsal Murtuzəliyev bildirib.
Qeyd edək ki, Oqtay Əliyevin idarə etdiyi “Toyota Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Avtomobildə xalq artisti Mehriban Zəki yaralanıb, Dilarə Əliyeva isə yüngül xəsarət alıb.
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?