İran əl çəkməyəcək: Türkiyə hərbi bazası qurulsun…

21:00 - 22 Mart 2023 - SİYASƏT

 İran əl çəkməyəcək: Türkiyə hərbi bazası qurulsun…

Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan 2021-ci ilin iyun ayında Azərbaycana səfərdən geri qayıdarkən təyyarədə türkiyəli jurnalistlərdən birinin “Azərbaycan ictimaiyyətində Türkiyənin hərbi baza məsələsində ciddi tələb var. Şuşa Bəyannaməsidə hərbi baza məsələsi varmı” sualına belə cavab vermişdi: “Bu məsələ bəyannamədən kənarda deyil. Burada daha sonra addımlar ata bilərik”. Yəni Ərdoğan bu cavabı ilə Türkiyənin Azərbaycanda hərbi bazanın yaradılmasını istisna etməmişdi.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Türkiyədə mayın 14-də prezident seçkisi keçiriləcək. Bu seçkilərin nəticəsi isə bəlli deyil:

“Ona görə nə qədər ki Ərdoğan hakimiyyətdədir, hərbi baza məsələsini reallaşdırmaq faydalı olar. İran qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqının real gücünü görməyincə təxribatlardan əl çəkməyəcək. Türkiyənin Azərbaycanda hərbi bazası Rusiyanı da Azərbaycana qarşı təxribatlardan çəkindirəcək amillərdən birinə çevrilə bilər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol