Hər insana öz acısı doğmadır. Kiminsə hekayəsini bilmədən, onu qınaya bilmərik. Bu əsərdə azərbaycanlı qadının və onun “erməni” övladının acı taleyi qara boyalarla təsvir olunub.
Xocalıda düşmənə əsir düşən Elnurə bir neçə erməni tərəfindən təcavüzə uğrayır. Əsirlikdən qayıdarkən hamilə olduğunu öyrənir. Bu xəbəri həmyerliləri xoş qarşılamır, hamı onu günahlandırır, “erməni artığı” kimi görür. Cismi bir müddət düşmənlər tərəfindən əsir alınmış Elnurənin ruhunu, mənəvi aləmini bu dəfə öz həmyerliləri əsir alır. Təkidlə Elnurənin anası ilə atasının yaxşılıqlar etdiyi dayısı bu fədakarlıqların qarşılığında Elnurənin övladını tələf etməsini təkid edir. Ana dilemma qarşısında qalır. Bu dilemmada övladını seçir. Onun atası erməni olsa da, o, bu acı taleyinə acı göz yaşları töksə də, analıq instinkti tərəzidə ağır basır. O, bütün qınaqlara, tələblərə rəğmən, övladının işıqlı dünyaya göz açmasını istəyir, ona ruhunu verir, onun atası erməni olsa da, o, övladını türk ruhunda böyütmək istəyir, südü ilə, laylaları ilə övladının ruhunu tərbiyələndirir, övladının oğlan olması da təsadüfi deyil.
Həmyerliləri, xüsusilə də doğma dayısı ana ilə balaya gün vermir, ananı buranı tərk etməsə, həbsi ilə hədələyir. Xəyalları, arzuları həbs olunmuş ananın cisminin həbs olunmasının bir önəmi vardımı? Ancaq Elnurə öz həyatından yox, övladının həyatından qorxurdu. Elnurənin dayısı, dayısı uşaqları Elnurədən utanırdılar, çünki namusları “ləkələnmişdi”, ona qol-qanad gəlmək yerinə, ona nifrət edirdilər.
Elnurə övladının taleyindən qorxub onu bu dünyanın “canavarlarına” yem etməkdənsə, intiharı seçir, daha doğrusu, qurtuluşu, xilası.
Düşmənlərimiz tək Elnurənin yox, neçə-neçə qızlarımızın arzularını gözlərində qoydular. Lakin qalib gəldilərmi? Elnurə ölümü ilə qalib gəldi. Ölməzdən qabaq övladının “atasını” tapıb ondan qisas aldı, onu ləyaqətli şəkildə öldürdü. Elnurənin övladı sevgidən yox, məcburiyyətdən, təcavüzdən dünyaya gəlmişdi, o körpənin bir günahı yox idi. O, Elnurənin yaralarına yara bandı olmuşdu.
Aqşin Xəyal real hadisələrin fonunda belə bir əsər yaradıb, təcavüz olunmuş bir qadının taleyindən yola çıxaraq, qələmini işə salıb. Hazırda ana ilə balanın məzarı Mingəçevirdədir. Onların məzarını bir anasının yaxşılıqlar etdiyi dayısı arvadı, bir də ona məhəbbət bəsləyən gənc bir oğlan ziyarət edir.
Əziz oxucular, siz olsaz, o övladı dünyaya gətirərdinizmi?
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!