PKK-nın maliyyəçisi Suriyada məhv edildi

13:34 - 19 Mart 2023 - GÜNDƏM

 PKK-nın maliyyəçisi Suriyada məhv edildi

Türkiyə Milli İstihbaratTəşkilatının (MİT) Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Hələb və Tel-Rıfat bölgəsində “maliyyə məsələləri üzrə nümayəndəsi” Mehmet Yıldırımı məhv edib.

BUTA.TV xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda terrorçunun Hələbin Şeyx Maqsud bölgəsində məhv edildiyi bildirib.

Yıldırım PKK-ya 1986-cı ildə qatılıb, Türkiyə və İraqda bir çox terror aktının təşkilatçısıdır. Terrorçu 2015-ci ildən Suriyada terror təşkilatının maliyyə məsələləri ilə bağlı fəaliyyət göstərir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol