Azərbaycanda şok: Müştərilərin bu banka qoyduğu 316 min manat və 32 min dollar depoziti oğurlandı

11:18 - 19 Mart 2023 - HADİSƏ

 Azərbaycanda şok: Müştərilərin bu banka qoyduğu 316 min manat və 32 min dollar depoziti oğurlandı

Müştərilərin "BTB Bank" ASC-dəki depozit otağına yerləşdirdiyi 316 min manat və 32 min ABŞ dolları nağd pulu oğurlanıb.

Hadisə martın 17-si saat 18:00 radələrində paytaxtın Xətai rayonu, Y.Səfərov küçəsi 21 saylı ünvanda yerləşən ofisdə qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Qrinkeviç Sergey Oleqoviç və 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç "BTB Bank"ın müştərilərinin depozit otağından 316 manat və 32 min ABŞ dolları məbləğində nağd pulu oğurlayıblar. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Report


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol