Medvedyev amerikalılara çağırış etdi: Ölkənizi geri alın!

Medvedyev amerikalılara çağırış etdi: Ölkənizi geri alın!

Tarix: Siyasət

Ölkənizi geri alın, amerikalılar!

BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbs oluna biləcəyi xəbərini belə şərh edərkən deyib.

“Döyüşə! Vaşinqtonun zülmünü məhv edin! Tarixin üfunətli zibilxanasına dəli donuz profillərinin korrupsiyalaşmış klikini göndərin - Baydenlərin atası və oğlu”, - Medvedyev bildirib.