Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Söhbət zamanı əsas müzakirə mövzusu İranla Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti olub.
Nazirlər, həmçinin, Tehran və Ankara arasında daha sıx ikitərəfli əlaqələr və regional səviyyədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Çavuşoğlu İranla Ərəbistan arasında 7 illik fasilədən sonra diplomatik əlaqələrin yaranmasını alqışlayıb, müsəlman dünyasının birliyinin, islam ölkələri arasında əlaqələrin güclənməsinin regional problemin həllində mühüm rol oynayacağını bildirib
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!