İmişli rayonunda avtomobil yolun üzərində uzanmış şəxsi vurub öldürərək qaçıb.
BUTA.TV xəbər verir ki, hadisə martın 17-si saat 23 radələrində İmişli-Boşçallar-Sarıxanlı avtomobil yolunun Sarıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Murtuzayev Ziyadxan Həsənbala oğlu idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən asfalt örtüyünün üzərində uzanmış vəziyyətdə olan İmişli rayon Boşçallar kənd sakini, 1973-cü il təvəllüdlü Fərman Qəhrəman oğlu Xasayevi görməyib. Bu zaman sürücü avtomobillə onun üzərindən keçib. Nəticədə Z.Murtuzayev F.Xasayevin ehtiyatsızlıqdan ölümünə səbəb olub və avtomobili saxlamayaraq hadisə yerindən qaçıb.
İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
İstintaq zamanı Z.Murtuzayev şübhəli şəxs qismində tutulub.
- Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?
- 14 əməliyyata rəğmən, yüksək bal topladı – Video
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video