Parisdə yenidən nümayiş başladı

23:28 - 17 Mart 2023 - GÜNDƏM

 Parisdə yenidən nümayiş başladı

Fransanın paytaxtı Parisdə hökumətin pensiya islahatına qarşı 2,5 minə yaxın insan nümayişə çıxıb.

BUTA.TV xəbər verir ki, bu barədə BFM məlumat yayıb.

Nümayiş Milli Assambleyanın qarşısındakı Konkord meydanında, Sena çayı sahilində keçirilir.

Meydanın mərkəzində nümayişçilər böyük tonqal qalayıblar. Polis ərazidə gücləndirilmiş rejimə keçib. Parlamentarilərin olduğu Burbon sarayına aparan körpüyə giriş bağlanıb.

Bəzi aksiya iştirakçılarının polisi təxribata çəkirək onlara daş və butulka atdığı bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol