Rusiyadan Putinin həbsi ilə bağlı qərara ilk reaksiya

21:04 - 17 Mart 2023 - GÜNDƏM

 Rusiyadan Putinin həbsi ilə bağlı qərara ilk reaksiya

Rusiya bu məhkəmə ilə əməkdaşlıq etmir və onun qərarları Rusiya üçün əhəmiyyət kəsb etmir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkə lideri Vladimir Putin barədə Haaqa məhkəməsinin həbs qərarını şərh edərkən bildirib.

"Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi nöqteyi-nəzərdən heç bir mənası yoxdur. Rusiya Beynəlxalq Ədalət Məhkəməsinin Roma Nizamnaməsinin iştirakçısı deyil və ona görə öhdəlik daşımır. Rusiya bununla bağlı əməkdaşlıq etmir. Beynəlxalq Ədalət Məhkəməsindən çıxarılan həbslə bağlı mümkün “reseptlər” bizim üçün qanuni olaraq etibarsız olacaq”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol