Qarabağdan Ukraynaya 1800 sülhməramlı gedib, 800-ü ölüb

15:10 - 17 Mart 2023 - GÜNDƏM

 Qarabağdan Ukraynaya 1800 sülhməramlı gedib, 800-ü ölüb

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının Ukraynaya göndərilən 1800 əsgərindən 800-ü həlak olub, 400-ü yaralanıb. Rusiyanın “sülh qüvvələri”nin Qarabağdan Ukraynaya yerləşdirməsi Moskvanın İrəvana təsirini sarsıdır.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ötən gün Ermənistanın Baş naziri Paşinyan Azərbaycanı Qarabağ ermənilərinə qarşı yeni genişmiqyaslı “hücuma” və “soyqırıma” hazırlaşmaqda ittiham edib. O bildirib ki, Rusiya Üçtərəfli Bəyanata əməl edə bilməyəcəksə, Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət edəcək. Paşinyan bundan əvvəl də Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrini öhdəliklərini yerinə yetirməməkdə ittiham etmişdi.

Çox güman ki, Rusiyanın Qarabağda kifayət qədər sülhməramlı qüvvəsi yoxdur. Rusiya ordusu 2022-ci ilin martında ölkənin yeganə ixtisaslaşmış sülhməramlı briqadası olan 15-ci Əlahiddə Qvardiya Motoatıcı Briqadasının hissələrini Qarabağdan Ukraynaya yerləşdirib.

2022-ci ilin iyun ayına kimi Ukraynaya göndərilən briqadanın 1800 əsgərindən 800-ü həlak olub, 400-ü yaralanıb. Moskva Ukraynada döyüşmək üçün Qırğızıstan, Abxaziya, Cənubi Osetiya və Tacikistandakı rus qoşunlarının əsgərlərini geri çağırır. Bununla da Rusiyanın digər postsovet ölkələrində hərbi təsirini itirməsi ehtimalı var”, - məlumatda deyilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol