Müəllim və həkimlər 70 yaşında təqaüdə göndərilsin - Təklif

13:10 - 17 Mart 2023 - GÜNDƏM

 Müəllim və həkimlər 70 yaşında təqaüdə göndərilsin - Təklif

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddinin artırılmasını təklif edib.

BUTA.TV xəbər verir ki, komitə sədri hökumətin hesabatının müzakirəsi zamanı bildirib ki, həkim və müəllimlərin işçi kimi saxlanılmasında 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılmalıdır.

Onun sözlərinə görə, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq həkim və müəllimlərin təqaüd yaş həddi istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğun olardı:

“Nazirlər Kabinetindən bu məsələnin nəzərə alınmasını xahiş edirəm”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol