Türkiyə Rusiya üçün bu xidməti dayandırdı

08:18 - 17 Mart 2023 - SİYASƏT

 Türkiyə Rusiya üçün bu xidməti dayandırdı

Türkiyə Rusiya və Belarus hava yollarının “Boinq” və “Airbus” təyyarələrinə xidmət göstərməkdən, o cümlədən onları yanacaqla təmin etməkdən imtina edib.

BUTA.TV “AirportHaber” portalına istinadla xəbər verir ki, bu barədə qərarı ölkənin Gömrük və Ticarət Nazirliyi ABŞ Ticarət Nazirliyinin məktubundan sonra qəbul edib.

Məhdudiyyətlər Rusiyanın yeddi aviadaşıyıcısına şamil edilir: “Aeroflot”, “S7 Airlines”, “Utair”, “AZUR Air”, “Pegas Fly”, Rusiya və Yamal.

İndi Türkiyədən uçan Rusiya təyyarələri Soçidə yanacaq doldurmağa məcburdur.

İstanbulda təyyarəyə xidmət göstərməkdən imtinanı “Kommersant”ın iki aviaşirkətdəki mənbələri təsdiqləyib və problemin həlli üzərində işlədiklərini qeyd ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol