Martın 15-də Ərdəbil şəhərinin Balıqlı çayı sahilində hər il keçirilən ənənəvi Novüstü (Suüstü, bulaqbaşı) mərasimi keçirilib.
Kult.az xəbər verir ki, hökumətin tətbiq etdiyi bütün məhdudiyyətlərə baxmayaraq, bu il də çərşənbə günü səhər saatlarında mərasimi keçirmək üçün minlərlə ərdəbilli və ətraf bölgələrdən gələnlər Balıqlı çay sahilinə toplaşıblar.
Adətə görə hər il ərdəbilli qadınlar İlaxır çərşənbədən bir gün sonra özləri ilə su küzəsi, qayçı və süpürgə götürərək Balıqlı çayının “Yeddi göz” körpüsünün kənarına toplaşırlar və orada “Suüstü” mərasimini keçirirlər. İnanca görə, mərasim arzuları çin etmək və çətinlikləri arxada qoymaq məqsədi ilə həyata keçirilir.
Mərasim zamanı suyun üzünü süpürmək, qayçılamaq, köhnə ayaqqabıları suya atmaq və s. kimi rituallar yerinə yetirilir.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar