Naxçıvanda restoranda müğənniyə 100 manat verərək, mahnı sifariş edən iki əmioğlu həbs edilib.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə 11 mart 2023-ci il tarixdə, saat 00:50 radələrində Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən "Qədim Dünya” adlanan restoranda baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Zaur əmisi oğlu, 1993-cü il təvəllüdlü Haqanla "Qədim Dünya" kafesində yeyib-içdikdən sonra Aytəkin adlı müğənniyə 100 manat verərək, mahnı sifariş ediblər. Aytəkin iş vaxtının bitdiyi üçün oxumayacağını, musiqi alətlərinin söndürüldüyünü bildirib və müştəriyə hesabı bağlayaraq, restoranı tərk etməyi tövsiyə edib. Bundan əsəbləşən Zaur müğənniyə "səni təpiyimin altına salaram” deyib. Haqan isə "bokal gələcək indi, pulnan niyə oxumursan?" deyə irad tutub.
Müğənni restoranı tərk edən zaman Zaur və Haqan adlı qohumlar onun üzərinə gedərək, təhqir etməyə başlayıblar. Hadisə yerinə yaxınlaşan polislər onları nizam-intizama riayət etməyə çağırıblar. Çağırışa məhəl qoymayan əmi oğlanları polisləri də təhqir etməyə başlayıb və onlara müqavimət göstəriblər.
Məhkəmənin qərarı ilə Zaurla Haqan İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 17 gün müddətinə inzibati qaydada həbs olunublar.
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi
- Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir