Universitetlər elmlər doktoru tapa bilmir – MM-də etiraz

11:26 - 13 Mart 2023 - GÜNDƏM

 Universitetlər elmlər doktoru tapa bilmir – MM-də etiraz

Məsafədən təhsilin hüquqi bazasını tam yarada bilmirik.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

“Biz “Ali təhsil haqqında” qanunun qəbulunda azı 1 il gecikmişik. Bu gün universitetlərimiz elmlər doktorları tapıb elmi şuralar təşkil edə bilmirlər. Müraciət edənlər olmur. Xaricdə təhsil alanların bir çoxunun diplomları tanınmır. Bununla bağlı çoxsaylı müraciətlər var. İşimiz təkcə diplomun tanınıb-tanınmaması olmamalıdır. Bunun bir həll yolu tapılmalıdır”, - deputat qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol