Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
BUTA.TV xəbər verir ki, son gündə bir oyun keçirilib.
Autsayderlər zonasında qərarlaşan “Şamaxı” liderlər qrupunda yer alan “Neftçi”ni qəbul edib.
Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Bölgə təmsilçisi güclü rəqibinə 80 dəqiqə müqavimət göstərə bilib. 81-ci dəqiqədə qapıçı Rəşad Əzizlinin kobud səhvini bağışlamayan Mateus Saldanya hesabı açıb.
Bu, həm də qarşılaşmada vurulan yeganə qol olub və “Neftçi” səfərdə 1:0 hesablı qələbə qazanıb.
Beləliklə, çempionatda “Şamaxı” üzərində ardıcıl 5-ci qalibiyyətini əldə edən “Neftçi” xallarının sayını 55-ə çatdırıb. “Ağ-qaralar” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıblar. Doqquzuncu sıradakı “Şamaxı”nın isə aktivində 20 xal var.
Turun “Kəpəz” – “Zirə” və “Turan Tovuz” – “Qəbələ” görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, “Sabah” “Sumqayıt”ı 4, “Qarabağ” isə “Səbail”i 3 cavabsız qolla üstələyib.
Qeyd edək ki, Premyer Liqada XXVII turun qarşılaşmaları 15-17 mart tarixlərində oynanılacaq.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi