Azərbaycan Dillər Universitetində (ADU) Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və universitetin birgə təşkilatçılığı ilə “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib. Tədbirdə BŞİH-nin məsul əməkdaşları, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
BUTA.TV xəbər verir ki, öncə Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla kitabın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq möhtəşəm zəfərə kitablar, salnamələr həsr olunub. Bu baxımdan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı öz aktuallığı ilə seçilir:
“44 günlük Zəfər savaşında insan faktorunun vacibliyini, əhəmiyyətini gördük. Prezident İlham Əliyev hər bir əsgərə, hər bir zabitə öz şəxsi timsalında nümunə oldu və bu kitab məhz şəxsiyyət faktorunu, şəxsiyyətin rolu ilə bağlı, cənab prezidentin bu müharibədəki rolu ilə bağlı olduqca vacib məsələləri diqqətə çatdırır. Kitab ingilis dilində olduğu üçün dünya auditoriyasını əhatə etmiş olur. Bu da özlüyündə əlamətdar bir haldır. Bu kitabın ideya müəlliflərinə, onu ərsəyə gətirənlərə öz təşəkkürümü bildirirəm”.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov kitabla bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsidir.
Qeyd edək ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırkı dövrə kimi olan bütün mərhələləri əhatə edir və qazanılan Şanlı Qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbiçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi