Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər həbs edilib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyev saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman heroin aşkar edilərək götürülüb. Dindirilərkən o, narkotiki digər bir rayon sakinin Vüqar İskəndərovdan aldığın bildirib.
Davam etdirilən tədbirlərlə əvvəllər məhkum olunmuş V.İskəndərov da saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı heroin və metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Şahrux Xandan azərbaycanlılara jest - Video
- İğdır-Naxçıvan kəmərinin tikintisi tamamlanmaq üzrədir
- Xaçmaz İH Nadir Xudiyevlə 1,3 milyona anlaşdı
- Urmiya gölü yenidən qurumağa başladı
- Azərbaycan-Türkiyə qardaşlığı zirvələri fəth edəcək - MM sədri
- Azərbaycanla ticarət dövriyyəsi 15 milyarda çatdırılır - Səfir
- BOS-un ərazisi bu tarixdən tam istifadəyə veriləcək
- Azərbaycanda mineral suların kadastrı hazırlanır