Batya müharibəyə girəcəkmi? – Putin təzyiqi artırır

13:36 - 8 Mart 2023 - GÜNDƏM

 Batya müharibəyə girəcəkmi? – Putin təzyiqi artırır

Kiyev və Qərb ölkələrinin paytaxtları Belarus lideri Lukaşenkonun Ukraynaya qarşı işğala qoşulacağını ehtimal edirlər. Çünki Rusiya Prezidenti Vladimir Putinin Lukaşenkoya təzyiqi artıb. Putin Lukaşenkonun Ukraynaya qarşı ikinci cəbhə açmasını istəyir. Kreml sahibi bu məqsədlə bir müddət əvvəl Minskə səfər etmişdi.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Aleksandr Lukaşenko ölkəsinin müharibədə iştirak etməsini istəmir. Belarus cəmiyyəti, ordusu və generalları da Ukraynaya qarşı müharibənin onlara aidiyyəti olmadığı qənaətindədirlər:

“Ancaq Belarus iqtisadi və siyasi zəmində Kremldən asılıdır. Bu səbəbdən Lukaşenkonun Putinə hər dəfə “yox” deməsi çətindir. Rusiyadan fərqli olaraq, Belarusun Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirir. Bununla Kiyev Minskə mesaj göndərir ki, fikir ayrılığına rəğmən, Belarusla təmaslarını davam etdirməyə hazırdılar. Ancaq əgər Minsk Rusiya ilə birgə müharibədə iştirak edərsə, Ukrayna Belarusa qarşı da savaşmaq məcburiyyətində qalacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol