Azərbaycan Hava Yolları QSC-nin Lənkəran Beynəlxalq Hava Limanının direktoru 40 min manat mənimsəmədə ittiham olunur.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, limanın rəisi Anar Axundov Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri Eldar Hüseynovdan aldığı 40 min manatı geri qaytarmayıb.
Eldar Hüseynov iddia edib ki, iki il əvvəl Anar Axundovun səmimiliyinə, tanışlığına, onu aldatmayacağına inanaraq 40 min manat borc verib. Lakin liman rəisi aldığı pulu geri qaytarmır, 2 ildir onu get-gələ salır, hər dəfə müxtəlif bəhanələr deyir. Anar Axundov ona ötən ilin oktyabr ayının sonuna kimi borcu ödəyəcəyinə söz versə də, bunu etməyib.
Artıq məhkəmə Eldar Hüseynovun tələb etdiyi 40 min və ödənilmiş dövlət rüsumuna görə 210 manatın Anar Axundovdan tutulması barədə iddianı təmin edib.
Lənkəran Beynəlxalq Hava Limanının rəisi faktı təsdiqləyib:
"Pulu mənimsəməmişəm. Lazım olub, götürmüşəm. Artıq onu qaytarmağa başlamışam. Bu barədə Eldar Hüseynovun özündən də soruşa bilərsiniz”.
Qeyd edək ki, Anar Axundovun dayısı da Azərbaycan Hava Yolları QSC-də yüksək vəzifədə çalışır.
11 mart 1941-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olan Eldar Hüseynov 2000-ci ildən 2020-ci ilə kimi Lənkəran bələdiyyəsinin sədri olub, 2021-ci ildə Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri seçilib.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi