Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir - Əliyev

18:54 - 7 Mart 2023 - GÜNDƏM

 Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir - Əliyev

Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib.

Vahid Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlığın əsas prioritetlərdən biri olduğunu vurğulayıb, əlaqələrimizin ildən-ilə güclənməsindən məmnunluğunu bildirib və ölkələrimiz arasında əməkdaşlığın yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda, iqtisadi sahədə və “Bir kəmər, bir yol” çərçivəsində də genişləndiyini deyib. Dövlətimizin başçısı bu baxımdan Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını bunun yaxşı nümunəsi kimi dəyərləndirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol