“Gecə saatlarında Hacı Şahinin məzarı üstündə keçirilən spontan şaxsey-vaxsey hansı anlama gəlir? Hacı Şahin dini xadim kimi Azərbaycanda dini radikalizm ekstremizmin və fanatzmin qarşısında dayanma başarılı şəxs idi. Xüsusən də, Xomeynizm siyasi dini cərəyanına, və bu cərəyanın ölkəmizdəki şəbəkələrinə əks-mövqe sərgiləyən şiə məzhəbi yönlü xadim idi”.
Bunu analitik İlqar Altay deyib. O, qeyd edib ki, xüsusilə, bütün fəaliyyətində, dinin millətə, dövlətə sonrakı mövqe verilməsi tələbinə əks, milli mənafe və milli dövlətçiliyi öndə tutan idi:
“Bütün bunları o ölkə dini-şiə elitası içindən etməsi ilə daha tutarlı, təsir, effektli edə bilirdi. Qeyri-dini milli-vətənçi ictimai şəxslərin bunu edə biləcəyindən daha xeyli, çox təsirli edirdi: İranın dini şəbəkəsini bölücü, xalqı birləşdirici! Belə mövqeyi ilə də İran molla rejiminin bizim ölkədəki siyasətinə ziyanlı baryerdə duran və İran tərəfi üçün üzdə göstərməsə də, daxilən istənilməz-arzuedilməz maneə idi Hacı Şahin. Hacı Şahin artıq rəhmətə gedib. Bu halda, İran molla rejiminin xislətinə uyğun, utanmaz, abırsız formada onun ölkəmizdəki şəbəkələri təbii ki, Hacının dəfnində fürsətçil yararlanıb, Tehrandan basılan düymə ilə işlərini görürlər.
Bir yox, 40 gecə də məzar ətrafında yatıb, öz saxta, "ləbbeyk" səhnələrini qurmalıdırlar. Bu addımla həm, Hacı Şahinə sahib çıxma cəhdi edirlər (mərhum daha deməyəcək ki, əl çəkin, lazım deyil bunlar!). Azərbaycanın qəhrəman zabiti, dövlət adamı və namaz belə qılmayan Polad Həşimova, digər şahidlərimizə yasdan, dəfndən istifadə edib, üzə-üz bağlayıb necə sahiblənmək istəyirdilər? Milli qəhrəmanların dəfnində mərhum qalır, "Ya ləbbeyk!" qışqırır.
Həm də, "tədbirdən" bol şəkil, videolar çəkib, Tehrana hesabat verib xeyli ənam qoparmaq məsələsi. Tehran da bu faktları öz qüdrətinin təbliğatı kimi, İrana, İraqa və sair, yayacaq ki, baxın, Azərbaycanda Xomeynizm necə gedir. Səhnədən başqa nəyə qüdrəti çatır o rejimin?
Bəli, bizim Azərbaycanda dinə, islama, şiəliyə də zidd olan, Xomeynizm siyasi şiəliyinə son qoyulmalıdır. Qoyulacaq zamanla, əmin olun!”.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi