24 fevralda Azərbaycan nümayəndələri ilə rus sülhməramlıların iştirakı ilə ilk görüş keçirildi. Sonra 1 martda ikinci görüş üçün razılığa gəlindi. Görüşdə “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edirdi.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşdirilən rus sülhməramlıların müvəqqəti məsuliyyət sahəsində fəaliyyətləri davam etdirməyə çalışan separatçı-terrorçuların lideri Araik Arutyunyan deyib.
O bildirib ki, müzakirəyə 4 məsələ çıxarılıb – Laçın dəhlizinin tam açılması, Ermənistandan Qarabağa elektrik enerjisi nəqlinin bərpası, fasiləsiz qaz təminatı və “Dəmirli” və “Qızılbulaq” mədənində fəaliyyətin bərpası:
“İkinci görüşün gedişatında Azərbaycan nümayəndələri “inteqrasiya” sözündən istifadə edərək, siyasi məsələləri müzakirə etmək istəyiblər. Ancaq Şahramanyan deyib ki, o, bu məsələni müzakirə etmək səlahiyyətinə malik deyil və bugünkü görüşün məqsədi də ayrıdır.
Bundan sonra Azərbaycan öz kanalları vasitəsilə mənə çatdırdı ki, ya biz inteqrasiya siyasətini qəbul edirik, ya da problemləriniz həll olunmayacaq, əksinə, daha sərt və kəskin addımlar atılacaq”.
O deyib ki, biz bu tələbi qəbul etmədik və qəbul etməyəcəyik, özünüidarəetmədən də heç vaxt vaz keçməyəcəyik.
Buna baxmayaraq, Arutyunyan erməni icmasında inteqrasiya tərəfdarlarının olduğunu etiraf edib:
“Bizim iki seçimimiz var: ya mübarizəni davam etdirmək, ya da cəmiyyətdə elə bir fikir yaranıbsa ki, Azərbaycanın təqdim etdiyi təklifi qəbul edək, o zaman insanlar öz vətəndaş hüquqları çərçivəsində sözlərini deyə bilərlər ki, bizim seçdiyimiz yol səhvdir və yeni “hökumət” qurarlar. Amma nə qədər ki, biz mübarizə yolunu seçmişik, ilk növbədə qərarımıza hörmətlə yanaşmanızı və bu kimi hallara reaksiya verməməyinizi, buna daxili siyasi çalarlar qatmamağınızı xahiş edirəm”.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi