Pakistan polisi İmran Xanın həbsi üçün iqamətgahına getdi

20:24 - 5 Mart 2023 - GÜNDƏM

 Pakistan polisi İmran Xanın həbsi üçün iqamətgahına getdi

Pakistanın polis əməkdaşları keçmiş baş nazir və Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xanı həbs etmək üçün onun Lahordakı iqamətgahına gedib.

BUTA.TV xəbər verir ki, bu barədə "Daun" qəzeti məlumat yayıb.

Bildirilib ki, keçmiş baş nazirin məhkəmə iclaslarında daim iştirak etməməsi səbəbindən onu həbs etmək üçün iqamətgahına gediblər.

Qeyd edək ki, İmran Xan və onun partiya yoldaşları məhkəmə sistemini təhqir etməkdə günahlandırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol