Ermənistanla Azərbaycan arasında münasibətlərin uzun və ağrılı tarixi var: hər iki tərəfin başadüşülən narahatlığı var və biz bu iki ölkə arasında etimadsızlığı qeyd edirik.
BUTA.TV xəbər verir ki, bu sözləri “Amerikanın səsi”nin erməni xidmətinə müsahibəsində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid deyib.
Onun sözlərinə görə, ABŞ Dövlət katibi Blinkenin gündəliyində duran məsələlərdən biri də Ermənistan-Azərbaycan danışıqlar prosesi, sülh müqaviləsi, sərhədin demarkasiyası və iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpası da daxil olmaqla, çoxsaylı mürəkkəb proseslərin müzakirəsidir:
“Birləşmiş Ştatlar tərəflər arasında birbaşa dialoqu dəstəkləyir və bunun zəruriliyini vurğulayır, bu mürəkkəb məsələləri yalnız bu yolla həll etmək olar.
İnanırıq ki, həm Ermənistan, həm də Azərbaycan bu prosesə sadiqdir. Biz sülhə nail olmaq üçün çətin qərarların İrəvan və Bakıda qəbul edilməli olduğunu anlayaraq hər cür kömək etməyə hazırıq”.
O bildirib ki, Ermənistan və Azərbaycan arasında problemlər hərb yolu ilə deyil, yalnız diplomatiya ilə həll edilməlidir.
“Biz situasiyanın eskalasiyasını görmək istəməzdir”, - o qeyd edib.
O, həmçinin, AB-nin Ermənistana missiya göndərməsini alqışladıqlarını vurğulayıb.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır