Birmənalı şəkildə bildirirəm ki, İranda yerləşən səfirliklərə qondarma dini lider Xameneinin icazəsi olmadan heç kim hücum edə bilməz. Bu dəfə İran özünə qəsd etdi, öz başına güllə sıxdı.
BUTA.TV xəbər verir ki, bunu Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) nümayəndəsi Elyar Türkər deyib.
“İndi gözləyin və sonra nə olacağını görün”, - Türker bildirib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. /Axar.az
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu