Xankəndidəki separatçı rejimin “dövlət naziri” Ruben Vardanyana qarşı bir neçə müxalifət formalaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
“Müxalif qrupların öz motivləri var. Onların bəziləri Ermənistan səlahiyyətliləri tərəfindən idarə olunur və maliyyələşdirilir. Onlar Paşinyanın hakimiyyətinə təhlükə yarada biləcək Vardanyanın Xankəndidən İrəvana köçməsinin qarşısını almaq üçün hər şeyi edəcəklər”, - mənbə bildirib.
Qeyd olunub ki, Vardanyandan narazıların daha bir qrupu dövlət aparatının keçmiş nümayəndələridir:
“Ruben Vardanyan onların hamısının “işlərinin” öyrənilməsini tapşırıb və cinayət işlərinin əsasını təşkil edə biləcək çoxlu ifşalar əldə edilib.
Ona qarşı çıxanların digər qrupu isə müxtəlif təşkilatları təmsil edənlər və Vardanyanın gəlişi ilə işini, gəlirini itirəcək olanlardır”.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...