Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1979-cu il təvəllüdlü Hünər Ramiz oğlu Eyyubov ov tüfəngindən atəş açaraq özünə qəsd edib.
BUTA.TV xəbər verir ki, hadisə axşam saatlarında rayonun Cabani kəndində qeydə alınıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Hünər Eyyubovun meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi
- Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü
- Prezident sərəncam imzaladı
- Qafar Abdullayevin həbs müddəti uzadıldı
- Əlilliyi olan şəxslərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...
- Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır