Belqrad Serbiya ilə Kosovo arasında gərginliyin genişmiqyaslı hərbi münaqişəyə çevrilməsi üçün heç bir ilkin şərt görmür.
BUTA.TV xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda Serbiya Prezidenti Aleksandr Vuçiç Anadolu Agentliyinə açıqlamasında deyib.
“Eyni zamanda, biz sabitliyi və sülhü qorumaq üçün hər şeyi edəcəyik. Mən müharibə proqnozlaşdırmıram. Ümid edirəm ki, biz bütün çətinliklərin öhdəsindən gələcəyik”.
Vuçiç Serbiyanın Kosovo məsələsi ilə bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazır olduğunu və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bu məsələni məmnuniyyətlə müzakirə edəcəyini vurğulayıb. Serbiya lideri qeyd edib ki, Kosovonun müstəqilliyi məsələsində mövqelərin fərqli olmasına baxmayaraq, Belqrad Türkiyəni dost ölkə hesab edir.
Eyni zamanda Vuçiç Türkiyənin “Bayraqdar” PUA-larının həm Serbiya, həm də Kosovoya tədarükünə qarşı kəskin çıxış edib:
“Biz “Bayraqdar 2”dən başqa Türkiyədən çoxlu müxtəlif hərbi texnika almağa hazırıq”.
- Əjdər Cəfərova yüksək vəzifə verildi
- Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü
- Prezident sərəncam imzaladı
- Qafar Abdullayevin həbs müddəti uzadıldı
- Əlilliyi olan şəxslərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...
- Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır
- FHN əməkdaşlarını maşınla vuran şəxsin kimliyi məlum oldu
- Qadın evində ölü tapıldı