Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iclasda Ukraynada hərbi əməliyyatın gedişatı, eləcə də sosial-iqtisadi məsələlər müzakirə olunub.
“Xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı fikir mübadiləsi aparılıb. Müdafiə naziri Sergey Şoyqu əməliyyat qərargahına baş çəkməsi barədə məlumat verib”, - Kremlin bəyanatında bildirilib.
Bundan əlavə, Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərinə son beynəlxalq danışıqlar barədə məlumat verib.
- Bakı səmasında dronlar niyə təşviş yaratdı? - Ekspert
- Bu çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkarlandı
- Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz
- Müəllimlərə Novruz bayramında veriləcək mükafatın məbləği
- Məktəblərdə neçə gün dərs olmayacaq?
- Bakının bu prospektində dəyişiklik: Yaxın günlərdə...
- Horovlu kəndində əmək yarmarkası keçirildi
- Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı